Səhiyyə
Azərbaycanda bir neçə dərman istifadədən çıxarılıb - SƏBƏB
“2017-ci ildə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri barədə Analitik Ekspertiza Mərkəzinə məlumat daxil olub. Bu ilin yanvar ayında isə artıq 150-dən çox dərmanın əlavə təsiri barədə məlumat almışıq”.
Publika.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin formokonəzarət üzrə eksperti Elmin Quliyev jurnalistlərə açıqlamasında deyib.
E.Quliyev bildirib ki, bu il daxil olan müraciətlər yeni istifadə edilən dərmanlarla bağlıdır:
“Onlar arasında QİÇS xəstəliyində istifadə edilən dərmanların əlavə təsirlərindən müraciətlər də var. Dərman vasitələrinin əks-təsirlərindən müraciətlər həm də, həkim və xəstələrin bu məsələyə nə qədər ciddi yanaşması və məlumatlı olması ilə bağlıdır”.
E.Quliyev dərman vasitələrinin içlik vərəqlərində yazılandan əlavə təsirlərinin olması hallarını da istisna etmədiyini deyib:
“Dərman vasitələri istifadəyə veriləndən sonra da əlavə təsirlər ola bilər. Ümumiyyətlə, dərmanın gözlənilən və gözlənilməyən əlavə təsirləri olur. Həmin dərman vasitələri barədə bizə daxil olan müraciətlər araşdırılır. Bu səbəbdən bir sıra dərmanlar istifadədən çıxarılıb. Bu müraciətlər əsasında “Bioparoks” dərman vasitəsi istifadədən uzaqlaşdırılıb. “Sonafaks” dərman vasitəsi də Avropa, ABŞ-da qadağan edilmişdi. Bizdə də həmin dərman vasitəsi qadağan olundu. Lakin Belarus və Azərbaycandan başqa bütün MBD ölkələrində bu dərman istifadədədir. Ümumiyyətlə, Azərbaycana dərman vasitələri Avropa, Rusiya, MBD ölkələri, Türkiyədən idxal edilir. Bu dərmanların hamısının keyfiyyətinə təminat verilir”.
Gülxar
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...