Bayram günlərində zəhərlənlərin sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Bayram günlərində zəhərlənlərin sayı açıqlandı

Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.

Bunu Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, martın 20-dən bu günədək şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: “Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Daha 1 nəfər isə dərman zəhərlənməsi, 3 nəfər isə sərxoşluqla ilə bağlı şöbəyə gətirilib”.

A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: “Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm