Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi
Bizi izləyin

Səhiyyə

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

Bu barədə məlumatı Publika.az-a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, xəstəxananın baş həkimi, direktorun birinci müavini vəzifəsinə Hüseyn Şahmalıyev təyin edilib:

“Hüseyn Şahmalıyev əvvəl xəstəxananın Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. Bir müddətdir ki, direktorun birinci müavini vəzifəsini icra edirdi. Artıq o, xəstəxanın baş həkimi və direktorun birinci müavini vəzifəsinə təyin edilib”.

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm