Azərbaycan populyasiyası öyrənilir
Bizi izləyin

Səhiyyə

Azərbaycan populyasiyası öyrənilir

Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyində Azərbaycan populyasiyası öyrənilir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədqiqatlar sona çatdıqdan sonra əldə olunan nəticələr məhkəmə-tibbi ekspertiza təcrübəsində müxtəlif identifikasiya məsələlərində müvəffəqiyyətlə tətbiq olunacaq.

“Azərbaycan populyasiyası öyrənilən zaman əldə olunan nəticələrə əsasən populyasiyalar arasında münasibəti müəyyən etmək mümkün olacaq. Dünyada olan digər populyasiyalarla müqayisəli tədqiqatın aparılması nəzərdə tutulub.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində müasir avadanlıqlarla təchiz olunmuş molekulyar-genetik laboratoriyasında mülki və cinayət işləri ilə bağlı məhkəmə-istintaq orqanları tərəfindən təyin edilmiş qərar əsasında məhkəmə-tibbi genetik ekspertizalar beynəlxalq normalara uyğun yüksək faizli dəqiqliklə həyata keçirilir.

DNT-nin təhlilinə əsasən keçirilən genetik ekspertizalar zamanı mübahisəli atalığın, analığın, qohumluq əlaqələrinin təyini, cinayət törədildikdə hadisə yerindən götürülən bioloji mənşəli obyektlərin (qan, ağız suyu, dırnaq, tük və s.) tədqiqi zamanı şəxsiyyətin identifikasiyası həyata keçirilir.

Təcrübə sübut edir ki, kütləvi insan tələfatı ilə nəticələnən hadisələrdə aşkarlanmış, tanınmaz hala düşən meyit və ya meyit qalıqlarının identifikasiyası zamanı genetik metodların tətbiqi olmadan konkret nəticə əldə etmək mümkün deyil. Son zamanlar fövqəladə hallar zamanı Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinə müayinə üçün təqdim olunan meyit və meyit qalıqlarının identifikasiyası genetik ekspertizanın tədbiqi ilə öz həllini tapıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm