Səhiyyə
Təcili Yardıma günvurma ilə bağlı 62 müraciət olub
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidməti artıq havaların istiləşməsi ilə bağlı bir neçə gündür gücləndirilmiş iş rejiminə çalışır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a məlumat verilib.
Məlumatda bildirib ki, iyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliten stansiyaların qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.
Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.
Ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidmətinə ümumilikdə 2 133 müraciət daxil olub. Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib.
Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır. İlansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu