Biləsuvar xəstəxanasında tüstüləmə
Bizi izləyin

Səhiyyə

Biləsuvar xəstəxanasında tüstüləmə

Biləsuvar rayon Mərkəzi xəstəxanasında bu gecə saatlarında yanğın baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, xəstəxananın birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tüstülənməni yanğına keçməmiş qarşısını alıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb, eləcə də heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm