Səhiyyə
Azərbaycanda yolxucu xəstəlik yayıldı - Nazirlik tapşırıq verdi
Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.
2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib.
Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.
Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib:
"Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib. Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir".
-
Səhiyyə02:42
Zob xəstəliyindən əziyyət çəkən qadını niyə botoks ediblər? - VİDEO
-
Pul01:41
İranda dollar KƏSKİN BAHALAŞDI
-
Sosial00:30
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər zülmətə qərq olacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bir ofis romantikası başlaya bilər
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı faciəvi şəkildə HƏLAK OLDU - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"