Səhiyyə
Sosial şəbəkələrdə görüntüləri yayılan xəstəxananın baş həkimi işdən çıxarıldı - AZƏRBAYCANDA
Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyi (TƏBİB) Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı məlumat yayıb.
TƏBİB-dən Publika.az-a verilən məlumatda deyilir: "İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarla bağlı bildiririk ki, çatışmazlıqlar aradan qaldırılır.
Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb.
Məlumat üçün bildiririk ki, 26 fevral tarixində TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib.
Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək.
Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik".
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO