Azərbaycanda koronavirusun artması gözlənilirmi? - RƏSMİ
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusun artması gözlənilirmi? - RƏSMİ

"Xəstələnmənin artması gözlənilmir. Biz bunu lokollaşdırmağa çalışırıq".

Publika.az-ın xəbərinə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan məlumatlara inanmasınlar: "Təəssüf ki, epidemik prosseslər planlarınızdan asılı olmayaraq həyata keçirilir. Vətəndaşlardan xahiş edirik ki, anlayışlı olsunlar. Biz nə qədər çox insanı yoxlayırıqsa, o qədər riskin qarşısını alırıq".

Yeganə Qarayevanın sözlərinə görə, karantinə alınanlar onların virus daşıyıcıları olması demək deyil: "Məqsəd virusun yayılmasının qarşısını almaqdır.

Operativ qərargahın məqsədi tibbi profilaktik tədbirlərdir. Çadırlar insanların eyni yerdə toplanmasının qarşısını almaq üçün quraşdırılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm