Operativ qərargah xəstəxanalarda müalicə edilənlərin vəziyyətini açıqladı
Bizi izləyin

Səhiyyə

Operativ qərargah xəstəxanalarda müalicə edilənlərin vəziyyətini açıqladı

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm