Səhiyyə
Xəstə sayı şəffaf şəkildə açıqlanır, real rəqəmlərdir - TƏBİB
Bu gün ölkədə tətbiq olunan müalicə protokolları dünya təcrübəsinə əsaslanır. TƏBİB mart ayında Türkiyənin Səhiyyə Nazirliyi ilə görüş keçirib.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında deyib: "Xəstələrin sayı məlumdur. Biz bunu şəffaf şəkildə açıqlayırıq. Xəstə sayları real rəqəmlərdir. Ümid edirik ki, müalicə tədbirləri nəticəsində sağalmalarda artım müşahidə edəcəyik.
Bu gün ölkəmizdə bütün müalicə protokollarını tətbiq etmək üçün imkanlar var. Plazma müalicə üçün Hemotologiya Mərkəzi ilə müzakirələr davam edir. Bu barədə Səhiyyə Nazirliyi ilə də müzakirələr davam edir. Xəstəlikdən sağalan kəsləri Milli Hemotologiya Mərkəzinə dəvət edib, plazma müalicə üsulunu tətbiq edəcəyik. Buna növbəti həftədən başlayacağıq. COVID19 xəstəliyindən sağalan insanların qanında xəstəliyə qarşı anti-cisimlər olur. Bu plazmada anti-cisimlər yetəri qədər olarsa, bunu ağır xəstələrə köçürə bilərik. Virusun anemiyaya səbəb olması faktı da var".
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi