Səhiyyə
Antibiotiklərdən istifadə zamanı ehtiyatlı olun - Həkimdən XƏBƏRDARLIQ
İnfeksion xəstəliklər və soyuqdəymə zamanı müxtəlif müalicə üsullarından istifadə olunur. Antibiotiklər ən tez təsir edən vasitələrdən biridir.
Publika.az xəbər verir ki, mütəxəssislər antibiotiklərin yalnız həkim məsləhəti ilə təyin olunmalı olduğunu bildirirlər. Lakin həmin dərmanlar apteklərdə reseptsiz satıldığına görə onu maneəsiz alır və istifadə edirlər. Həmin dərman preparatları orqanizmdəki mikrobları məhv etsə də, onun uzun müddət və yersiz istifadəsi həzm pozğunluğu, bağırsaqlarda narahatlıq yarada, mərkəzi sinir sisteminin zəifləməsinə səbəb ola bilər.
Həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: "Təəssüf ki, soyuqdəyməsi olan, özünü bir balaca narahat hiss edən zaman dərhal antibiotiklərin köməyindən istifadə edən xəstələr çox olur. Əslində isə antibiotiklərin təhlükəli tərəfləri də var. Ev şəraitində vurulan antibiotiklər bəzən xəstəni şoka salır. Ona görə də antibiotiklərdən mümkün qədər az istifadə olunmalıdır".
Soyuqdəymə və qripə qarşı mübarizə aparmaq üçün təbii vasitələr - kəklikotu, dazıotu, çaytikanı, itburnu kimi bitkilər və arı südü kimi məhsullar da köməyə çatır. / AZƏRTAC
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO