Professordan SƏRT XƏBƏRDARLIQ: “Peyvənd hazırlamaq mümkün olmayacaq”
Bizi izləyin

Səhiyyə

Professordan SƏRT XƏBƏRDARLIQ: “Peyvənd hazırlamaq mümkün olmayacaq”

Patoloq, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Paltsev koronavirusun aqressiv formalarının meydana çıxmasını istisna etməyib.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, professor mutasiya edən virusa qarşı peyvənd hazırlanmasının çətinliyindən danışıb:

“Bütün tədqiqatlar COVİD-19-un əsasını təşkil edən RNT-nin deyil, protein reseptorunun mutasiya etdiyini göstərir. Bənzər viruslar üçün ümumi bir haldır. Elm adamları mutasiyaların əlverişsiz olacağından və daha aqressiv infeksiya formalarının meydana çıxacağından qorxurlar”.

Həkimin sözlərinə görə, virus mutasiyaları əhalidə yaranan kollektiv immunitet, eləcə də ətraf mühitin dəyişməsi səbəbindən baş verir.

Professor hesab edir ki, infeksiyanın yayılmasının ikinci dalğasına hazır olmaq üçün insanlar D3 vitamini, sink və omeqa-3 birləşmələrinin səviyyələrini artırmalıdırlar:

"Virusa qarşı peyvəndin hazırlanması üçün bir il yarımdan iki ilədək vaxt tələb olunur. Hər hansı bir pandemiya bir ildən üç ilə qədər davam edir. Odur ki, dərmanın hazırlanmasında koronavirusun əsasına hücum etməli olduğunu nəzərə almaq lazımdır. Zülal dəyişdiyinə görə universal bir peyvənd hazırlamaq mümkün olmayacaq".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm