TƏBİB süni tənəffüs cihazına qoşulanların sayını açıqladı
Bizi izləyin

Səhiyyə

TƏBİB süni tənəffüs cihazına qoşulanların sayını açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 8 045 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 560 356 test aparılıb. Onlardan 23 521-nün cavabı pozitiv çıxıb. İndiyədək 298 nəfər COVID-19-dan dünyasını dəyişib, 14 607 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 616 nəfərdir. 339 nəfər reanimasiyada, 49 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 531 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 514 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm