Səhiyyə
Azərbaycana 84 yeni təcili tibbi yardım maşını gətirilib
“Hazırda Azərbaycanda koronavirus xəstələri 35 şəhər və rayondakı 50 xəstəxanada müalicə alır”.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov deyib.
“Bu xəstəxanaların 36-sı son vaxtlar inşa edilib, o cümlədən modul tipli xəstəxanalardır. Həmçinin ambulator tibb müəssisələri də mövcuddur ki, xəstəliyi simptomsuz keçirənlərin müalicəsinə cəlb olunub. Bakıda 40 belə müəssisə var. Koronavirus xəstələri üçün çarpayıların sayı 10 mindən çoxdur.
Son vaxtlar 300-dən çox süni tənəffüs aparatı gətirilib. Həmçinin tibb xidmətinə müraciətlərin sayının artması nəzərə alınaraq 84 təcili tibbi yardım maşını alınaraq ölkəyə gətirilib, iyul-avqust aylarında daha 100 avtomobil gətiriləcək” - deyə hökumət başçısı qeyd edib.
Bundan başqa, Baş Nazirin sözlərinə görə, son aylar ölkədə koronavirus testi vermək üçün loboratoriyaların sayı 6-dan 30-a, gündəlik test vermək imkanı isə 1000-dən 10 000-ə çatdırılıb. Yaxın vaxtlarda isə yeni loboratoriyaların hesabına bu rəqəm 12-13 min olacaq.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq