Səhiyyə
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB
Biz yumşalmalara getdiyimiz zaman rəqəmlərdə qismən artım olacağını gözləyirik.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Lakin qaydalara riayət etsək, bunu nəzarətdə saxlaya bilərik. Bu gün ölkə üzrə çarpayı fondunun 14 faizi doludur. Rəqəmlərdə artma müşahidə olunsa da, çalışmalıyıq ki, bu nəzarət olunacaq səviyyədə olsun", - o bildirib.
Y.Qarayeva əlavə edib ki, iki həftədir ölkədə İtaliyadan və Çindən gələn işçi qrupları fəaliyyət göstərir:
"Biz o mütəxəssislərlə rayonlara səfər edib, xəstəxanlardakı vəziyyəti müzakirə etmişik. Eyni zamanda onların iştirakı ilə onlayn təlimlər təşkil olunur ki, regionlardakı xəstəxanalarımız da burada iştirak edir".
O bildirib ki, peyvəndlə bağlı ciddi iş gedir:
"Hazırda payız dövründə qrip xəstəliyinə qarşı peyvəndin aparılması üzrə iş gedir. Eyni zamanda koronavirusa qarşı peyvəndin əldə olunması istiqamətində danışıqlara başlanıb. Ən qısa zamanda ölkəmizə peyvəndin gətirilməsi üzərində işlər aparılır".
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı