Azərbaycanda daha 135 nəfər koronavirusa yoluxdu
Bizi izləyin

Səhiyyə

Azərbaycanda daha 135 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137 test aparılıb.

Aktiv xəstə sayı isə 2075 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm