Səhiyyə
Həyat TƏHLÜKƏDƏ: Koronavirusun yeni mutasiyaları AŞKARLANDI
Amerika alimləri SARS-CoV-2 virusunun yeni mutasiyalarını üzə çıxarıblar. Virusun yeni növlərindən biri daha yoluxucudur.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, alimlərin elmi işinin nəticəsi "mBIO" jurnalında öz əksini tapıb.
Qeyd edək ki, pandemiyanın birinci dalğasında S-proteininə təsir göstərən D614G mutasiyası Hyustondakı COVID-19 xəstələrinin 71 faizində qeydə alınmışdı. İkinci dalğada isə bu mutasiyasının yayılması 99,9 faizə yüksəlib. Mütəxəssislərin fikrincə, virusun sözügedən mutasiyası bütün dünyada xəstəliyə yoluxmuş insanlar üçün xarakterikdir.
Texas Universitetinin alimləri virusunun dayanıqlığını müəyyən etmək üçün onun müxtəlif genetik variantlarını araşdırıblar. Onlar üzə çıxarıblar ki, D614G mutasiyası virusun patogenliyinə təsir göstərmir, ancaq təbii seçmə əlamətləri onun düşdüyü mühitə daha çox uyğunlaşmasına gətirib çıxarır. Buna görə də alimlər yeni mutasiyanın SARS-CoV-2-nin yoluxma qabiliyyətini artırdığı qənaətinə gəliblər.
Eyni zamanda, laboratoriya təcrübələri göstərib ki, ən azı bir yeni mutasiya virusun insanların SARS-CoV-2 infeksiyaları ilə mübarizə aparmaq üçün təbii olaraq yaratdığı neytrallaşdırıcı antikordan yayına bilir. Mütəxəssislərin fikrincə, bu xüsusiyyət virusun həmin növünün immun sistemini aldatmasına imkan verə bilər.
Ümumilikdə, tədqiqat çərçivəsində koronavirusun 285 mutasiyası aşkar edilib.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO