Səhiyyə
Gəncədə koronavirusu yayan şəxslərə cinayət işi açıldı
Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, şəhərin girişində qurulmuş stasionar postda şəhər ərazisinə daxil olmaq istəyən sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduğu aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakini Dursun Babazədənin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.
ŞBPİ-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Zaur Cavadovun da yaşadığı ünvanı tərk etməsi və beləliklə “COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi proseduraları gözləməklə onu yaşadığı evə göndərib.
Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi