Türkiyədə daha 149 nəfər koronavirusdan öldü
Bizi izləyin

Səhiyyə

Türkiyədə daha 149 nəfər koronavirusdan öldü

Türkiyədə daha 149 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Publika.az xəbər verir ki, ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, son sutkada simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 967 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6 018, ağır xəstələr isə 2 003 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 418 472 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 296 050 nəfər sağalıb, 24 789 nəfər isə ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm