SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - Yoluxma azaldı, ölüm sayı artdı
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - Yoluxma azaldı, ölüm sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib, aktiv xəstə sayı 13241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, ötən müddət ərzində isə ümumilikdə 4 979 535 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm