Səhiyyə
Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
Aran Regional Klinikasının varikoz əməliyyatı ilə bağlı paylaşımı etiraza səbəb olub. Klinikanın “İnstagram” hesabındakı paylaşımında qeyd olunur ki, varikozun lazer əməliyyatı ilk dəfə həyata keçirilib.
Publika.az xəbər verir ki, fleboloq, cərrah Vüqar Fəttah-Pur klinikanın bu paylaşımının doğru olmadığını açıqlayıb.
Vüqar Fəttah-Pur bildirib ki, varikozun lazer əməliyyatını ilk dəfə o həyata keçirib.
“Bu əməliyyatı ilk dəfə 2023-cü ildə mən etmişəm. Aran Regional Klinikası isə bu əməliyyatın ilk dəfə edildiyini iddia edir. Belə çıxır ki, eyni əməliyyatı hər dəfə yeni bir həkim edəndə bunu “ilk dəfə” kimi təqdim etməlidirlər. Ümumiyyətlə bu, “ilk dəfə” sözünü çox bəsitləşdiriblər. Azərbaycan səhiyyəsi o qədər zəif, cılız vəziyyətdə deyil ki, daha öncə həyata keçirilmiş əməliyyatı “ilk dəfə” kimi göstərirlər. Bu, qlobal əhəmiyyətli bir hadisə deyil axı”, - fleboloq qeyd edib.

O, Aran Regional Klinikasının bu addımını yalan üzərindən səriştəsiz reklam kampaniyası kimi dəyərləndirib.
Məsələyə ilə bağlı Aran Regional Klinikasına soğru ünvanladıq. Klinika sosial media hesablarında paylaşılan məlumatların doğru olduğunu iddia etdi:
"Uzman cərrah Seymur Məmmədov Aran Regional Klinikasında ilk dəfə olaraq varikoz əməliyyatı həyata keçirib", - cavabda qeyd olunub.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi











.png)





















