Ukraynalı gözəlin Bakıda oğlanların başına açdığı ŞOK OYUN
Bizi izləyin

Sosial

Ukraynalı gözəlin Bakıda oğlanların başına açdığı ŞOK OYUN

İnternetdə tanış olmuşduq.

İnternetdə tanış olmuşduq. Adı Olya idi, ya da bu ad altında gizlənirdi. Onu dəqiq deyə bilmərəm, amma fotolarda Ukrayna qızlarına çox oxşayırdı. Deyirdi ki, çox bədbəxtdir, hətta bədbəxtlikdə türk gözəli Mətləm Hakarar belə ona çata bilməz...

(1988-ci ildə Türkiyə gözəli seçiləndən sonra məşhurlaşan, sonda isə səfil həyatı yaşayan qızı deyir).

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Uzun söhbətlərdən sonra bədbəxtliyini bir-bir danışdı.

Bu qız vaxtilə aktrisa olmaq istəyirmiş. Bir gün rejissorun yanına gedir və buna deyirlər ki, məşhurlaşmaq, pul qazanmaq istəyirsənsə, soyunmalısan. Etiraz edəndə də deyiblər ki, “kimlər soyunmur ki. Indi Hollivudda qırmızı xalıya çıxan Mila Kunis də ora gəlib çatana kimi əynində paltar qalmayıb”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bunu eşidəndən sonra razılaşıb. Elə o soyunmaqla da bir daha geyinməyə paltar tapmayıb. Amma aktrisa da ola bilməyib. Xəbər oxuyub ki, ölkəyə ən sərt qış gəlir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Başlayıb özünə sığınacaq və iş yeri axtarmağa. Gəlib çıxıb Nizami metrosunun yaxınlığında zirzəmidə yerləşən bir kafeyə...

... Məni də həmin kafeyə dəvət edirdi ki, görüşək, danışaq, dərdləşək. Mən dediyi ünvana getdim. Açığı, sadəcə bu qızın kədərli həyatına şərik olmaq, dərlərini bölüşmək, bir də əlimdən gələn qədər kömək etmək istəyirdim. Başqa heç nə düşünməyin. Ünvana çatanda məni qarşıladı. Zirzəmiyə düşdük, nə içərsən dedi, çay dedim. Çay gətirdi və bir azdan gələcəyini deyib getdi. Bir, iki, üç, dörd stəkan çay içdim, beşincini içəndə ofisiant yaxınlaşdı. Hesabı verirdi. 557 manat, 49 qəpik.

Səbəbini soruşmadım, çünki düşdüyüm tələni anlamışdım. Bircə yol qalmışdı ki, aradan çıxım. Əlimi saldım cibimə 1 manat çıxarıb masanın üzərinə qoydum. Ofisianta da dedim ki, üstü qalsın. 1 manatdan qalan 51 qəpiyi nəzərdə tuturdum. Ofisiant özünə gəlməmiş özümü zirzəmidən bayıra atıb, qaçmağa başladım. Bir də evə çatanda dayandım. Sonra da eşitdim ki, həmin kafeni fırıldaqlarına görə bağlayıblar...

Bu, bir oxucumuzun başına gələnlər haqda bizə danışdıqlarıdır. Söhbət Nizami metrosunun yaxınlığındakı zirzəmidə yerləşən məşhur gizli kafedən gedir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu həftə həmin gizli kafe sözün əsil mənasında gündəm oldu. Başına gələn, gəlməyən, hamı bu haqda danışırdı. Sosial şəbəkələrdə geniş müzakirələr açıldı, fikir mübadiləsi aparıldı, nələr-nələr yazıldı. Sosial şəbəkə istifadəçilərindən birinin yazdığı sözlər isə həftəyə işıq tutmaq üçün yaxşı ifadələr arasında ilk sırada qərarlaşıb.

“Həyatdır, nələr olmur ki. Qızlar kişiləri aldadır, dünyada müharibələr gedir, insanlar özlərinə toy edir, boş verin getsin”.

İstifadəçi elə yazmışdı, amma nə düşündüyünü, yaxud nəyi nəzərdə tutub belə yazdığını müəyyən etmək çətindir. Amma o sözündə həqiqət var ki, “həyatdır, nələr olmur ki?!”.

Vaxtilə Amerikaya meydan oxuyan, İsraili Yer üzündən silməyə hazırlaşan adam indi əlində dəyənəyi ilə çobanlıq edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaxtilə çobanlıq edən qız isə indi Fransada sayılıb-seçilən nazirlərdən biridir. Kiminin əvvəli, kiminin axırı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cinsiyyətini dəyişib özünə toy edən, sonra da küçənin tinində tikə-tikə doğranan 25 yaşlı oğlan azərbaycanlı çıxdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ərdoğanı devirmək üçün hər yola atan, devirmə bilmədiyi üçün də xəstə yatağına düşən FETÖ lideri Gülənin ölüm xəbəri yayıldı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ərdoğan isə “odda yanmaz, suda batmaz” Polad Əlamdarın “qələmini qırdı”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beləcə, həftəni başa vurduq. Gələn həftə isə deyəsən, dünyanın gedişatı dəyişəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 8-i Amerikada prezident seçkiləridir. Məlumatlar var ki, böyük terror olacaq, ABŞ da yeni müharibələrə başlayacaq. Nəyisə, hələ böyük müharibələrin başlanmasına üç gün var. Ona qədər çalışın istirahət edin.

Nəriman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm