Sosial
"Siqaret çəkən tələbələr cərimələnsin" - Deputatdan təklif
“Bəzi tələbələr dövlət və özəl ali məktəblərdə siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Hüseynbala Mirələmov deyib.
Deputat bildirib ki, televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır: “Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Bu gün televiziyalarda siqaretin reklamını elə göstərirlər ki, istər istəməz çəkməyən adamda da siqaretə maraq yaranır. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”.
Milli Məclisin üzvü universitetlərin daxilində siqaret çəkən tələbələrin cərimələnməsinin vacibliyini vurğulayıb: “Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o ümumiyyətlə siqareti də tərgidər. Türkiyədə taksidə belə yazılıb ki, “siqaret çəkmək olmaz, əks təqdirdə 60 lira cərimə olunacaqsan”. Onlar buna əməl etməyəni cərimə edirlər. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir. Belə ki, bununla bağlı cərimələr yazılmır”.
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ






.jpg)


.jpg)



.jpg)



















.png)





