Sosial
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə - 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə - 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə - 31 nəfər, Xanyurdu kəndinə 5 ailə - 22 nəfər, Xanabad kəndinə 2 ailə - 10 nəfər, Ballıca kəndinə 1 ailə - 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə - 14 nəfər, Çapar kəndinə 4 ailə - 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə - 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə - 148 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir







.jpg)



.webp)












.jpg)













