Sosial
Qaz tələsi? - Sayğaclar niyə 20 manat ödənişi 10 manat kimi göstərir?
Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırılması ilə bağlı qərarı artıq qeyri-əhaliyə tətbiq edilir. Lakin bu yenilik abonentlərdə çaşqınlıq yaradıb. Belə ki, karta 20 manatlıq ödəniş edildiyi zaman sayğaca yükləndikdə, 10 manatlıq ödəniş göstərilir. Bu da təbii olaraq əhalidə narahatlıq yaradıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kəlbalıyev sözügedən məsələ ilə bağlı Publika.az-a bunları söyləyib: “Bildiyiniz kimi, dekabrın birindən qeyri-əhali üçün yeni tariflərin tətbiqinə başlanılıb. Əvvəl ödənilən vəsait 10 qəpiklə hesablanırdısa, indi 20 qəpiklə hesablanır. Ona görə də əvvəl 100 kub təbii qaz üçün 10 manat ödənilirdisə, indi 20 manat ödənilməlidir. Nəticədə kartına 20 manat ödəniş edən abonent 100 kub, yəni 10 manatlıq təbii qaz almış olur. Sayğacın üzərində manatın yox, kubun göstəricisidir. Növbəti ildən əhali üçün müəyyən olunmuş 1500 kub limitini keçəndən sonra ödənilən vəsait 20 qəpiklə hesablanacaq”.
Gülxar
-
Sosial23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO