Sosial
Bakıda məşhur mağaza müştəriləri aldadır - - FOTO
Bakıda məşhur mağazalardan biri müştərilərinə qiymət fərqi tətbiq etməklə aldadır.
Müştərilərdən verilən məlumata görə, sözügedən mağaza Bakıda yaxın aylarda istifadəyə verilən “Gənclik Mall”da yerləşən “Terranova” mağazasıdır.
Şikayətçinin sözlərinə görə, həmin mağaza müştəriləri özünə cəlb etmək üçün mağazanın girişində böyük hərflərlə aşağı qiymətdə olan geyimləri təqdim edir:
“Hətta həmin qiymətlərdə olan paltarların üzərində üzüaşağı böyük ox işarəsi də qoyulub”, - deyə şikayətçi qeyd edib.
Müştəri qeyd edib ki, kassada məlum olub ki, üzərində 14 AZN qeyd olunan malın qiyməti əslində 19,90 AZN-dir:
“Ötən gün “Terranova” mağazasından xanımım üçün geyim almaq istəyirdim. Həmin geyimin üzərində 14 AZN yazılmışdı. Uyğun ölçüdə olan paltarlardan birini götürərək kassaya yaxınlaşdım.
Kassada isə fərqli mənzərə ilə qarşılaşdım. Belə ki, 14 AZN-ə göstərilən malın qiyməti əslində 19,90 AZN idi. Təəccüblənərək geri qayıdıb həmin geyimin asıldığı yerə yaxınlaşdım və əmin oldum ki, paltarın üzərindəki rəqəm 14 AZN-dir. Satıcılardan soruşduqda isə bu qiymətin başqa paltarlar üçün nəzərdə tutulduğunu bildirdilər.
“Terranova”nın güzəştli, endirimli qiymət tətbiq etdiyi malları sonradan müştəri kassaya yaxınlaşanda tam başqa qiymətlə hesablaması, ən azı, sual doğurur”.
Müştərilərin dediklərinə görə, onlar uzun-uzadı çək-çevirdən qurtulmaq üçün məcbur qalaraq “güzəştli”, amma fərqli qiymətdə geyimlər alırlar. (milli.az)
-
Nida Xəbər 14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar” - İddia
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA