Sosial
İcra hakimiyyətində nöqsan: Sürücülərə artıq maaş yazılıb
Qaradağ rayon İcra Hakimiyyətində nəqliyyat
vasitələrinin sürücülərinə artıq əmək haqqı
hesablanıb.
Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd
olunub.
Bildirilib ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətində və
tabeliyində olan idarə, müəssisə və təşkilatlarda keçirilmiş
auditlə nəqliyyat vasitələrinin sürücülərinə əmək haqqının
hesablanmasında qanunvericiliyin tələbləri gözlənilməyərək
Avtonəqliyyat və Mexanizsiya Dəstəsi tərəfindən işçinin istirahət
günləri işə çıxmasına əsas göstərilmədən bütün sürücülərə hesabat
ilinin bütün istirahət (bazar) günləri üçün əmək haqqı
hesablanılmış və nəticədə sürücülərə 2014-cü ilin may-dekabr
aylarında 4447,8 manat, 2015-ci ildə 8884,5 manat, 2016-cı ilin
1-ci yarısında isə 4885,7 manat, ümumilikdə 18218 manat artıq əmək
haqqı ödənişinə yol verilsə də, həmin vəsaitin müvafiq qayda da
bərpası təmin edilməyib.
Qeyd edilib ki, 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 368,4
manatın büdcəyə köçürülməsi və qalan vəsaitin hissə-hissə dövlət
büdcəsinə bərpa ediləcəyi barədə məktub Hesablama Palatasına daxil
olub. (azvision)
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər