Sosial
Dünyaca məşhur türk jurnalist ölən azərbaycanlı modeldən yazdı - FOTOLAR
Üç gün öncə azərbaycanlı model Leylanın keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişməsi haqda məlumatınız var. Gənc modelin ölüm xəbərinə İtaliyada yaşayan dünyaca məşhur türk jurnalist Dündar Keşaplı da reaksiya verib.
Milli.Az xəbər verir ki, dəfələrlə İtaliyada ilin ən yaxşı əcnəbi jurnalisti seçilən Dündar Keşaplı Leylanın ölüm xəbəri ilə bağlı bunları qeyd edib:
"Gənc yaşda aramızdan getdi. Leyla Alpman - bu gənc bacımızı Romada yaratdığımız İtalya - Azərbaycan dostluq dərnəyinin tanıtımı üçün getdiyim Bakıda tanımaq fürsəti əldə etmişdim. Özü gənc, amma çox dinamik, enerji dolu ve hər şeydən öncə nəzakəti əldən buraxmayan gülər üzlü, pozitiv, enerji dolu bir bacımız idi. Bizi o gərgin iş qrafikində heç yalnız buraxmadı və hər mövzuda çox dəstək oldu... Amma həyat bu qədər necə acı və üzücüdür. Anası ilə bayramlaşma vəsiləsi ilə bu sabah mesajlaşarkən bu üzücü və acı mesaji aldım... O artıq həyatda deyil. Dünən vida edib, keçirdiyi bir əməliyyat səbəbi ilə (yanlış əməliyyat) gənc yaşında aramızdan ayrılıb... Çox üzgünəm, söyləyəcək çox söz də tapa bilmirəm. İçim yanır, amma həyat bu. Qismətimizdə nə yazılıbsa, o olur demək ki. Bu səhər anası "Qızım mələk oldu" dedi. "Xeyirdir" dedim, "Yoxdur artıq aramızda" deyincə, dedim "Zarafatmı edirsən?" . Demək düz imiş ... Gerçək və çox acı gerçək həm də!
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Anasına və yaxınlarına da Allahdan səbr diləyirəm".
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi