Sosial
“ASAN Kommunal”da daha bir xidmət yaradıldı
Artıq vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək Ədliyyə Nazirliyinin notariat xidmətlərindən də yararlana bilərlər.
Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır. Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.
Eyni zamanda vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana bilərlər. Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara Azərişıq ASC, Azərsu ASC və Azəriqaz İB-nin 45 növ xidməti təqdim olunur.
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO
-
Tarix20 Sentyabr 20:20
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
-
Magazin120 Sentyabr 19:48
Xoşqədəmə Rasimlə bağlı danışmaq qadağan olundu - Məhkəmədən ŞOK QƏRAR