Kaşpirovski saxtakarlıqda ittiham olunur - Ekstrasensin fəaliyyəti yoxlanılacaq
Bizi izləyin

Sosial

Kaşpirovski saxtakarlıqda ittiham olunur - Ekstrasensin fəaliyyəti yoxlanılacaq

“Qırx Sorokov” hüquq-müdafiə mərkəzi Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə ekstrasens Anatoli Kaşpirovskini dələduzluq və vergidən yayınma faktına görə yoxlamaq xahişi ilə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə "Shot" telegram kanalı xəbər yayıb.

Qeyd olunur ki, fəallar təqaüdçülərin Kaşpirovskiyə onun xəstəliklərini sağalda biləcəyinə əmin olaraq gəlməsindən narahatdırlar. Sağlamlıqlarını həkim əvəzinə “sehrbaz”a etibar edirlər.

O da bildirilir ki, ekstrasens görüşlər üçün ödənişi ya nağd, ya da karta köçürmə yolu ilə qəbul edir. Bu isə onun biznesinin qeydiyyatı ilə bağlı suallar yaradır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm