Sosial
Nazirlikdən xəbərdarlıq - diqqətli olun
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
istehlakçı bu növ malları alarkən satıcıdan müqavilə, ödənişi
təsdiq edən nəzarət-kassa aparıtının çeki və malın zəmanət talonunu
tələb etməlidir. Eyni zamanda, alınan malların komplektliyinə,
keyfiyyətinə, mal və istehsalçı haqqında məlumatın, mal haqqında
qısa annotasiyanın mövcudluğuna diqqət edilməlidir.
Nəzərə almaq lazımdır ki, istehlakçının aldığı bu cür mallarda
yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbə ödənişi
təsdiq edən nəzarət-kassa aparıtının çeki, zəmanət müddəti olan
mallar üzrə isə texniki pasport və ya onu əvəz edən sənəd təqdim
edildikdə baxılır.
İstehlakçılardan uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar
aldıqda qeyd olunan tələblərə əməl olunmaması halları ilə
rastlaşdıqda "195-2" Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "Facebook"
səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və
498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?