Sosial
Bu məhsulları almayın - XƏBƏRDARLIQ
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan "Bizimsüd" adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan "İvanovka" adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.
İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, bununla bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən araşdırma aparılıb.
Məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən
edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötmüş və
beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların
istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi
istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına
təhlükə yaradır.
Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama
müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə
fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş
verilib.
İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."