Sosial
Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."
Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib.
Publika.az bildirir ki, bu barədə Trend xəbər agentliyi "Georgia-Online" nəşrinə istinadən xəbər verib. Nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: “ Bizə qardaşlıq köməyi göstərdiyinə görə Azərbaycana minnətdarıq. Biz yanğınların monitorinqini məhz Azərbaycanın göndərdiyi helikopterlə həyata keçirdik. Yüksək əməkdaşlıq nəticəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olduq”.
Nazir qeyd edib ki, yanğın ocaqları minimallaşdırılsa da, külək alovun qarşısının tam alınmasına mane olur: “Azərbaycan və digər ölkələrin köməyi ilə yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Gürcüstanın Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-dən davam edir. Hazırda yanğın lokallaşdırılsa da, tam söndürmək mümkün olmayıb. Dağlıq ərazi, külək və quru hava yanğının tam söndürülməsinə mane olur. Yanğının söndürülməsinə kömək üçün Azərbaycan 3 helikopter, texnika və canlı qüvvə göndərib.
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO
-
Tarix20 Sentyabr 20:20
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
-
Magazin120 Sentyabr 19:48
Xoşqədəmə Rasimlə bağlı danışmaq qadağan olundu - Məhkəmədən ŞOK QƏRAR