Sosial
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi regionlarda könüllülük proqramına start verir
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülük proqramına start verir.
İctimai Birlikdən verilən məlumata görə, proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarətdir.
Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində iştirak etmək arzusunda olan və 17 yaşı tamam olan hər bir şəxs könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşula bilər (Qeydiyyat üçün link: https://goo.gl/Q8hysW).
Könüllülük proqramı oktyabrın 1-dən başlayacaq və 3 ay davam edəcək. Proqramda iştirak üçün son qeydiyyat tarixi 24 sentyabr 2017-ci ildir.
Proqram çərçivəsində RİİB-in fəaliyyətinə qoşulan könüllülər üçün müxtəlif təlimlər təşkil olunacaq, onların iştirakı ilə bir sıra sosial layihələr həyata keçiriləcək, eləcə də daxil olan müraciətlərin araşdırılması, icrası, layihə təkliflərinin hazırlanması, analitik təhlillərin aparılması və digər istiqamətlərdə RİİB-in fəaliyyətinə cəlb olunacaq.
Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyinin əsas məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, əhalinin ayrı-ayrı sahələrdəki problemlərini öyrənmək və onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlinə nail olmaq, o cümlədən dövlət tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə və layihələrə dəstək göstərməkdir.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO