Sosial
Professor İlham Rəhimovun kitabı alman dilində çap olundu
Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqda rus dilində çap olunmuş “O nravstvennosti nakazaniya” (“Cəzanın əxlaqiliyi haqqında”) adlı kitabı Almaniyanın Münhen şəhərində alman dilində çap olunub.
Publika.az xəbər verir ki, monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin “Cinayət və cəza” (M., 2012), “Cinayət və cəzanın fəlsəfəsi” (SPb, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır.
Monoqrafiyada qeyd edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında mücərrəd mühakimə onun əxlaqına müdaxiləyə cəhd etmək, fəlsəfi fikrin hazırladığı kateqoriyalara daxil etmək imkanı verir. Xüsusən, əgər söhbət ölüm cəzasından gedirsə, cəza əxlaqidirmi? Cəza qisas, qorxutma, psixoloji təsirdirmi? Cəzalandırma əxlaqının əsası nədir? Cəmiyyət cəza yolu ilə qarşısına qoyduğu məqsədlərə çatırmı? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü?
İ.Rəhimovun bu maraqlı əsərində cavab verməyə çalışdığı sualların tam olmayan siyahısı belədir.
Kitab tələbələr, hüquq ali məktəblərinin aspirant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçi və praktiklər, eləcə də filosoflar, sosioloqlar, psixoloqlar, cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO