Nazir Azərbaycana gələn turistlərin davranışından DANIŞDI
Bizi izləyin

Sosial

Nazir Azərbaycana gələn turistlərin davranışından DANIŞDI

"Turistlərin axını ilə bağlı müxtəlif fikirlər dolaşır. Deyirlər ki, onlar özlərini apara bilmirlər. Əgər biz dünyada tanınmaq istəyiriksə, o zaman başqa ölkələrdən insanlar gəlib Azərbaycanı görməlidirlər".

Publika.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdırlar: "Bütün insanlara üzümü tuturam. Qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər biz istəyiriksə, bizi tanısınlar, bu yolda müəyyən qədər işlər görülməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm