Sosial
Bakıda Çernobl əlilinin ailəsi çətin vəziyyətdə - Polis məsuliyyəti üzərindən atır - - FOTO
3 ay öncə Çernobl əlili olan atası Zahir Şükürovu itirən Rəşad bu ayın 9-da Mehdiabad qəsəbəsindəki "Gənclər şəhərciyi" adlanan ərazidə, axşam saatlarında şəxsiyyəti hələ də müəyyən edilməyən şəxsin idarə etdiyi avtomobillə vurulub.
Saat təxminən 19-19:30 radələrində işdən çıxıb yolun sağı ilə, avtomobillərin hərəkəti istiqamətində piyada zolağıyla evinə doğru irəliləyən Rəşad Şükürovu vuran sürücü yaralını ağır vəziyyətdə hadisə yerində qoyaraq qaçıb. Hadisənin üzərindən 16 gün keçməsinə baxmayaraq cinayəti araşdıran Binəqədi Rayon Polis İdarəsi heç bir nəticə əldə etməyib.
Rəşadın anası Aybəniz Şükürova Milli.Az-a bildirib ki, oğlu qəzaya düşən axşamı xəstəxananın qəbul şöbəsinə yaxınlaşaraq övladının əşyaları ilə maraqlanıb. Şöbədən ona "Polislər Rəşadın paltarlarını Məhkəmə Tibbi Ekspertizasına aparacaqlar" deyilib.
Müstəntiq Ramil Mehdiyevin cinayəti araşdırmaqda maraqlı olmadığını bildirən Rəşadın anası övladının qəza zamanı əynində olan paltarlarının hələ də 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) anbarında saxlanıldığını bildirib. Qadına xəstəxandan oğlunun paltarını ona verə bilməyəcəklərini, bunun üçün müstəntiqdən (Ramil Mehdiyev) icazə kağızı gərəkdiyini deyiblər. Aybəniz Şükürova cinayət işini araşdıran Ramil Mehdiyevin qəzadan 16 gün keçməsinə baxmayaraq əməliyyat olunan Rəşadı Məhkəmə Tibbi Ekspertizaya aparmadığından da şikayətçidir. Ana deyir ki, müstəntiq yalnız bir dəfə, qəzanın səhəri günü xəstəxanaya gəlib Rəşadın ifadəsini alıb. Həmin zaman isə oğlu travmatik şok vəziyyətində olub. Rəşad nisbətən özünə gələndən, şüuru bərpa olandan sonra isə bir dəfə də olsun ifadəsi alınmayıb.
Rəşadın dayısı Nəbiyev Cəbrayıl və digər qohumlarının müstəntiqə zəngi zamanı Ramil Mehdiyevin "Rəşad indi haradadır?" deyə soruşması ailənin şübhəsini daha da artırıb. 3 gün öncə xəstəxanaya gedən müstəntiq Ramil Mehdiyev 2 həftədir sözügedən qəzayla bağlı araşdırdığı dediyi cinayət işinin Abşeron Rayon Polis İdarəsinə verildiyini və gələn I gün işin sənədlərinin həmin polis idarəsinə çatacağını bildirərək xəstəxanadan gedib.
Qeyd edək ki, Rəşad fəhləlik etməklə öz ailəsi ilə yanaşı, Çernobl qəzasından əziyyət çəkən qardaşına da baxırdı.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri