Hicran Hüseynova: "Bəzi müsəlman ölkələrində hələ də uşaqlar aclıqdan, zorakılıqdan əziyyət çəkir"
Bizi izləyin

Sosial

Hicran Hüseynova: "Bəzi müsəlman ölkələrində hələ də uşaqlar aclıqdan, zorakılıqdan əziyyət çəkir"

Ötən gün Mərakeşin paytaxtı Rabat şəhərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilib. Həmin Konfransda ölkəmizi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Publika.az xəbər verir ki, Konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz Əl Tüveycrinin İSESCO-nun Baş Qərərgahında ikitərəfli görüşü keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, Təşkilata üzv ölkələrin uşaq hüquqları sahəsində gördüyü işlər, dövlətlərin müsbət təcrübəsinin təbliği, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri bildirib ki, uşaqların qorunması şəriət prinsiplərinə (İslam Qanununa), Beynəlxalq Uşaq hüquqlarına, xüsusilə də, Uşaq Hüquqları haqqında Konvensiyaya uyğun olaraq həyata keçirilməlidir. O qeyd edib ki, əminəm ki, bu Konfransda uşaq məsələləri ilə bağlı problemlərin həlli üçün birgə yollar axtarılmasını və bütün dövlətləri bu problemlərin həlli üçün birgə səy göstərməyə çağıracağını dilə gətirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin əsas istiqamətləri, uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, bu sahədə əldə olunmuş nailiyyətlər, müsbət təcrübə və digər sahələr üzrə çıxış edib. Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirdiyi təşəbbüslərin, ölkəmizdə qəbul olunmuş bir sıra uşaq proqramlarının müəllifidir. Eyni zamanda, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək, uşaq evlərinin, internat məktəblərinin şəraitinin təkmilləşdirilməsinə yönəldilmiş mühüm tədbirlər həyata keçirir.

Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilməsinin vacibliyini qeyd edən Hicran Hüseynova bildirib ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır. Məlumat bankına daxil edilən məlumatlar əsasında biz uşaq problemlərinin dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv perventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq.

Konfransa rəhbərliyin Mərakeş Krallığına keçdiyini elan edən xanım Hicran Hüseynova bəzi müsəlman ölkələrində hələ də uşaqların müharibədən, aclıqdan, zorakılıqdan əziyyət çəkdiyini diqqətə çatdırmış, bu problemlərin həlli istiqamətində daha çox səy göstərilməsinin zəruriliyini vurğulamışdır. Komitə sədri bildirib ki, 2013-cü ildə qəbul olunmuş “Bakı Qətaməsi”ndən irəli gələrək bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də qarşıda uşaqların hüquqlarının müdafiəsi istiqamətində bir sıra vəzifələr dayanmışdır.

Daha sonra Konfrans çərçivəsində 5-ci Büro yaradılıb və Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Konfransın məruzəçisi seçilib.

Konfrans çərçivəsində hesabatlar dinlənilib, yeni proqramlar açıqlanıb və onların müzakirəsi edilib. Eyni zamanda, İslam ölkələrində uşaqların zorakılıqdan müdafiəsi mövzusu sahəsində yeni Fəaliyyət Planının qəbul edilməsi müzakirə edilib. Həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkənin müsbət təcrübəsi İSESCO üzv ölkələrinə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm