Sosial
ASAN Xidmətdə DAHA BİR YENİLİK
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış “ASAN ödəniş” sistemi əhaliyə daha bir yenilik təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İnformasiya təminatı şöbəsindən Publika.az-a verilən məlumata görə, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb.
Bu imkandan istifadə etməklə artıq vətəndaşlar hesab.az və e-pul.az ödəniş portalları vasitəsilə cərimə ödənişlərini həyata keçirə bilərlər. Yaxın zamanda portmanat.az ödəmə portalı, Milli Ön və e-Manat ödəniş terminalları vasitəsilə də cərimələrin ödənişi mümkün olacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnoavsiyalar üzrə Dövlət Agentliyi “ASAN Ödəniş” sisteminin infrastruktur imkanlarının genişləndirilməsi və digər dövlət ödənişlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.
Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi “ASAN ödəniş” sisteminin asanpay.az ödəmə portalı və terminalları vasitəsi ilə təmin edilir.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi