Sosial
Hər il Avropada təhlükəli qidalardan 5 milyon insan ölür
I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransı işini davam etdirir.
Publika.az xəbər verir ki, konfransda GMA Elm və Təhsil Fondunun icraçı direktoru Brian Berard bildirib ki, qida şirkətləri istehlakçıların istək və tələblərinə riayət edilməlidir:" Daha çox gəlir əldə etmək üçün saxta yollara əl atmaq olmaz. Hər bir şirkət qidaların tələb və qaydalarını, risklərini nəzərə almalıdır. Fikrimcə, qida təhlükəsizliyi üçün dövlət səviyyəsində işlər görülməlidir. Saxta məhsulları satın alan fırıldaqçı şirkətlər barədə ölçü götürülməlidir. Məsələn ABŞ-da ərzaq saxtakarlığı 10 faiz təşkil edir. Qida məhsullarında saxtakarlıq aradan qaldırılmalı və qida təhlükəsizliyi üzrə bacarıqlar artırılmalıdır".
İcraçı direktor qeyd edib ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin qurulması nümunəvi bir addımdır: "İnanırıq ki, agentliyin həyata keçirdiyi tədbirlər qida təhlükəsizliyinə və saxtakarlığına qarşı mübarizə daha da güclənəcək".
Avropa İttifaqının Qida Təhlükəsizliyi Layihəsinin qrup rəhbəri İan Goulding sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi texniki vasitələrlə təmin edilməlidir: "Laboratoriyalar yaradılmalıdır. Çünki qida təhlükəsizliyində uyğunsuzluq halları çox baha başa gəlir. Məsələn, 2008-ci ildə Avropada donuz ətində yaranan poblem şirkətlərə 300 milyon dollara başa gəlmişdi. Həmin heyvanların yeməklərində olan problem Çin şirkətinin günahı səbəbindən yaranmışdı. Bütün bunlar onu göstərir ki, məhsul alan insanlar risklərə qarşı qorunmalıdır".
Qrup rəhbəri qeyd edib ki, hər il Avropada təhlükəli qidalara görə 23 milyon insan xəstələnir. 5 milyon nəfər isə vəfat edir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri