Sosial
Qida Təhlükəsizliyi Agentliyi monitorinqlərə başladı
Bu gündən Qida Təhlükəsizliyi Agentliyi (QTA) əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirici monitorinqlərə başlayıb.
Agentlikdən Publika.az-a verilən məlumata görə, bu ilin may və iyun aylarını əhatə edəcək monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərində maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
Monitorinqlərin ilk günündə AQTA nümayəndələri “Bakı Qida və Yağ Fabriki” MMC, “Sun-Tea Çay Fabriki” MMC və “AzMeat Production” MMC-də olub, istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, qarşıya qoyulan tələblər haqqında məlumat veriblər. Monitorinq zamanı sahibkarlıq subyektlərinə məlumatverici təlimatlar təqdim olunub, müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsulları istehsalının qarşıda duran əsas vəzifə olduğu vurğulanıb.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
-
Nida Xəbər 10:39
İlham Əliyev Bakıda mühüm tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı