• USD 1,7000 0,00% EUR 1,8883 +0,22%
    • GBP 2,2364 +0,31% RUB 0,0267 +0,37%

Komitə sədri fransız yazıçısı ilə görüşdü

Komitə sədri fransız yazıçısı ilə görüşdü

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş komitənin inzibati binasında baş tutub.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühit barədə söz açıb. Bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımızın təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşdığını diqqətə çatdırıb. Komitə sədri ölkəmizdə dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının qanunla qorunduğunu vurğulayıb.

Azərbaycanda bütün dini azadlıqların təmin edildiyini bildirən Mübariz Qurbanlı qonağı ölkəmizdə 2250 məscid, 14 kilsə, 7 sinaqoqun olması, 31-i isə qeyri-islam olmaqla 835 dini icmanın dövlət qeydiyyatına alınması barədə məlumatlandırıb. O, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində bünövrəsini qoyduğu siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində Parisdə həyata keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilmiş konfransı məmnunluq hissi ilə xatırladan M.Qurbanlı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına və təbliğinə böyük həssaslıq nümayiş etdirildiyini qeyd edib.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Mübariz Qurbanlı bildirib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurdlarından didərgin düşüb, dini-tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar erməni vandalizminə məruz qalıb.

Görüşdə Azərbaycanda dini icmalara göstərilən diqqət və qayğı, eləcə də Azərbaycan-Fransa dostluq əlaqələri haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR