Sosial
“Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” - FOTO
Bu gün Bakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib.
Birlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq, “Qazi Qarabağ” azanı səslənib. Daha sonar Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların əziz ruhuna müqəddəs Qurandan ayələr oxunub.
Tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, İmam Hüseyn məktəbinin ən layiqli davamçıları Qarabağ şəhidləridir. Onun sözlərinə görə, Əhli-Beyt məktəbinin aşiqlərinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında misilsiz xidmətləri var: “Elə buna görədir ki, tarixi, Aşura mərasimi xalqımızın mənəvi dəyərinə çevrilib. Əsrlərdir ki, İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alıb. Bunun əsl nümunəsini dogma Qarabağımızın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğullarımızın şücaətində görmək olar”.
Birlik sədri tədbirin keçirilməsində verdiyi dəstəyə görə “Ovqat-AB” şirkətinin rəhbərlyinə öz təşəkkürünü bildirib. Tədbirdə şəhid və qazi ailələri də iştirak edib.
Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO