Hacıqabul və İsmayıllıda dini radikalizmə qarşı seminar keçirildi
Bizi izləyin

Sosial

Hacıqabul və İsmayıllıda dini radikalizmə qarşı seminar keçirildi

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Dini ekstremizm və radikalizmlə mübarizə məqsədilə təlimlərin təşkili” adlı layihə çərçivəsində Hacıqabul və İsmayıllı rayonlarında seminar keçirilib.

50 nəfərdən çox Hacıqabul sakininin iştirak etdiyi seminar oktyab ayının 26-da Heydər Əliyev Mərkəzində baş tutub. Hacıqabul rayon İcra Hakimiyyətinin İctimai-siyasi əlaqələr şöbəsinin müdir müavini Elvin Şıxəliyevin də iştirak etdiyi tədbir 2 saatadək davam edib, tədbirdə dini radikalizm və ekstremizm barədə iştirakçılara geniş məlumat verilib.

Oktyabr ayının 27-də İsmayıllı rayon Mərkəzi Uşaq Kitabxanasının Konfrans zalında keçirilən seminarda isə İsmayıllı rayon İcra Hakimiyyətinin müavini Sevil xanım Əhmədova və İcra hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı sakinləri, yerli mətbuat və icimaiyyət nümayəndələri, din xadimlərindən ibarət 60-a yaxın insan iştirak edib.

Hər iki tədbirdə ekspert və təlimçi kimi iştirak edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov iştirakçılara dini tolerantlıq, antiterror və ekstremizm barədə məlumat verərək, birldirdi ki, tədbirin əsas məqsədi Azərbayca­nın Tolerantlıq Modelinin gənclər arasında təbligi, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində gən­­­­­clərin məlu­matlan­dırıl­masıdır.

İnteraktiv müzakirələrlə keçən tədbirlərin sonunda bütün iştirakçılara sertifikatlar paylanılıb və tədbirlər çay süfrəsində davam etdirilib. Beləliklə də, layihə çərçivəsində nəzərdə tutulan seminarlara yekun vurulub.

Layihə Ceyhun Abbasovun rəhbərliyi ilə həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm