Sosial mediada dezinformasiyalar baş alıb gedir - Komitə sədri - - FOTO
Bizi izləyin

Sosial

Sosial mediada dezinformasiyalar baş alıb gedir - Komitə sədri - - FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən komitənin sədri Mübariz Qurbanlı bu gün 909 dini icmanın qeydiyyatdan keçdiyini bildirib: "Qeydiyyatdan keçən icmaların 32-si qeyri- müsəlman, digərləri isə islam dininə aid icmalardır".

Sosial medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini deyən M.Qurbanlı bu məsələdə maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb: "Dini icmalar dini maarifləndirmədə yaxından iştirak edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə çalışır. Mətbuatımız da dini maarifləndirmədə yaxından iştirak edir. Bir vaxtlar insanlar fikirlərini qəzetlər vasitəsilə ictimailəşdiridisə, bu gün onlar bunu sosial şəbəkədə ifadə etməkdə daha çox maraqlıdır. Sosial medianın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Hətta bəzi ölkələrdə bunu qanunvericiliklə tənzimləyirlər. Bəziləri bunu azad fikrin məhdudlaşması kimi qəbul edir. Lakin danılmaz faktdır ki, sosial mediada bəzən dezinformasiyalar baş alıb gedir. Bu mövzu bizim ölkədə də diqqət mərkəzindədir".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm