NAZİRLİK: Azərbaycanda anası ali təhsilli olan uşaqlar...
Bizi izləyin

Sosial

NAZİRLİK: Azərbaycanda anası ali təhsilli olan uşaqlar...

“Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası” məktəblərdə qiymət və bal anlayışı bir-birindən ayrılacaq. Şagird imtahanda bal toplayır, jurnalda həm bal həm də qiymət əks olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq.

“Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək. Kiçik Summativ Qiymətləndirmə üçün 1 dərs saatı, Böyük Summativ Qiymətləndirmə üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər”.

E.Əmrullayev bütün ümumtəhsil məktəbləri, liseylərdə şagirdlərin eyni qayda ilə qiymətləndirilməsinin doğru olmadığını vurğulayıb:

“Cəmiyyətdə belə fikir yaranıb ki, bütün məktəblərdə qiymətləndirmə eyni səviyyədə aparılmalıdır. Bu doğru yanaşma deyil. Məsələn, bir kənddə məktəbəhazırlıq qrupuna getməyən şagirdlə, şəhərin mərkəzində hazırlıq qruplarında təhsil alan evində internet ola, ailəsi təhsilli olan, bütün imkanları olan məktəbdə oxuyan şagirdin səviyyəsi fərqli olacaq. Eləcə də, anası ali təhsilli olanların orta nəticəsi anası ali təhsilli olmayanlardan daha yaxşıdır. Təbii ki, burada istisnalar da var. Məktəbəqədər hazırlığa gedən uşaqla, məktəbəqədər hazırlığa getməyən uşağın orta nəticəsi həmişə daha yaxşı olur. Ayrı-ayrı fənlər üzrə nəticələrində fərq ola bilər. Eləcə də təmayüllü liseylə, adi məktəbdə təhsil alan şagirdlərin imtahanı fərqli olmalıdır. Summativ qiymətləndirmə ilə bağlı qaydalarda göstərilir ki, qiymətləndirmə sualları ümumi sinfin böyük əksəriyyətinin cavab verəcəyi səviyyəsində olmalıdır”.

Söbə müdiri yeni qaydaların məktəblərdə nə şagird, nə də müəllimlərə hazırkı durumda çətinlik yaratmayacağını deyib.

“Dəyişiklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm