Dünya
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Almaniyanın keçmiş kansleri Angela Merkel yeni işıq üzü görən kitabında geniş bir hissəni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ayırıb.
Publika.az xəbər verir ki, Merkelin “Azadlıq: Xatirə 1954-2021” adlı kitabda Ərdoğanla Mabeyn malikanəsində görüşü və oturduqları taxtlarla bağlı yazdıqları diqqət çəkib.
O, 2005-ci ildə vəzifəyə gəldikdən sonra 12 dəfə səfər etdiyi Türkiyədə və beynəlxalq görüşlərdə saysız-hesabsız bir araya gəldiyi Ərdoğan haqda geniş yazıb.
Keçmiş kansler İstanbul səfərinin Yıldız Sarayındakı hissəsinin Almaniyada reaksiyalara səbəb olduğunu bildirib:
"İstanbul səfərim sərt şəkildə tənqid olundu. İki kürsü, daha doğrusu iki qızıl taxt buna səbəb idi. Birində Ərdoğan, digərində mən oturdum. Bu kreslolarda təkcə foto üçün deyil, söhbətimiz zamanı da oturmuşduq. Mən bunları gözəl hesab etdim, lakin başqa nüanslara diqqət yetirmədim. Amma yazıldı ki, mən Ərdoğanın sarayında bir hökmdar kimi onun qarşısında qorxdum, hətta lazım gələrsə qarşısında yerə diz çökə bilərdim.
Türkiyə ilə daha çox qaçqını bizdən uzaqlaşdıracaq bir müqavilə imzalamaq üzrə idik. Ən pisi də odur ki, səfər Türkiyədə parlament seçkilərinə iki həftə qalmış baş tutduğuna görə məni Ərdoğanın Ədalət və İnkişaf Partiyasına seçki yardımı etmək üçün istifadə etməkdə ittiham etdilər”.
Roza
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO












.jpg)

.jpg)
.jpg)



















