"Azərişıq" hava şəraiti ilə bağlı hazırlıq tədbirlərinə başladı
Bizi izləyin

Sosial

"Azərişıq" hava şəraiti ilə bağlı hazırlıq tədbirlərinə başladı

“Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə bağlı hazırlıq işlərini görüb. Sabah ölkə ərazisində elektrik enerjisinin təchizatında problem olmaması üçün lazımı tapşırıqlar verilib.

Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhərində, ətraf kənd və qəsəbələrində, istərsə də bütün regionlarda növbətçilik təşkil olunması ilə bağlı əmr imzalanıb:

“Artıq bütün hazırlıqlar görülüb, mal-materiallar, maşın mexanizmləri hazır vəziyyətə gətirilib. Ehtiyac olacaqsa, yeni qərargah yaradılacaq. Rayon elektrik şəbəkələrinin rəsmiləri, bölmə rəhbərləri növbəlilik əsasında fəaliyyət göstərəcək. Fərdi qaydada müraciətlər olarsa, hər hansı qəza baş verərsə operativ tədbirlər həyata keçiriləcək. Hazırda bəzi ərazilərdə cari təmir işləri aparılır. Lakin heç bir ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yoxdur. Hər hansısa bir ərazidə elektrik enerjisinin verilməsində problem yaranarsa, istehlakçıların bu barədə dərhal "199" Çağrı Mərkəzinə məlumat vermələri tövsiyə edilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm