Zəlzələdən sonra Şamaxı qazsız qaldı
Bizi izləyin

Sosial

Zəlzələdən sonra Şamaxı qazsız qaldı

Dünən zəlzələdən sonra Şamaxı rayonu ərazisində bəzi yaşayış məntəqələrində təbii qaz və elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Publika.az-a bildirib ki, rayon ərazisində təbii qazın verilişinin bərpa edilməsi üçün işlər aparılır:

“Rayon ərazisində zəlzələ nəticəsində divar uçub qaz xəttini zədələmişdi. Buna görə də gecə 5 yaşayış məntəqəsində təbii qazın verilişində məhdudiyyət yarandı. Hazırda problemin aradan qaldırılması üçün iş aparılır. Günorta saatlarında həmin yaşayış məntəqələrinə təbii qazın verilişi bərpa ediləcək. Ağsu, İsmayıllı və digər rayonlarda təbii qazın verilişində problem olmayıb”.

“Azərişıq”Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, dünən axşam zəlzələdən sonra bir neçə saat elektrik enerjisinin verilişində fasilə yaransa da, problem tam aradan qaldırılıb:

“Rayondakı yerli şöbə ilə əlaqə saxladıq. Elektrik enerjisinin verilişində problem yoxdur”.

“Azərsu”Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, zəlzələ rayonun içməli su ilə təminatında problem yaratmayıb:

“Yerli şöbələrlə əlaqə saxlamışıq. Anbarlarda, hidrotexniki qurğularda, şəbəkədə vəziyyət qaydasındadır. Heç bir problem yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm